!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şimali Kiprin Bakı təmsilçiliyinin rəhbəri media nümayəndələri ilə görüşdü

!Reklam – Yazi

Bu gün Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı Təmsilçiliyini yeni təyin olunan rəhbəri Mustafa Kemal Beyazbayram Azərbaycanın media təmsilçiləri ilə görüşüb.

Yenicag.az xəbər verir ki, Mustafa Beyazburan jurnalistləri salamlayaraq bildirib ki, bu onun yerli media təmsilçiləri ilə ikinci görüşüdür:

“Yenidən Azərbaycanda, Bakıda olmağımdan çox məmnunam. Azərbaycandakı fəaliyyətim dövründə müxtəlif sahələrlə yanaşı, iki dövlət arasındakı media əlaqələrinin daha da inkişaf etdirilməsinə, əməkdaşlığına öz töhfələrimi vermək istəyirəm”.

Şimali Kipr diplomatı Azerbaycanın qazandığı möhtəşəm qələbədən qürur duyduğunu da dilə gətirib. Bildirib ki, 30 illik işğaldan sonra tarixi Azərbaycan torpaqların azad edilməsi bütün dünyanın diqqətində oldu.

Mustafa Bəyazbayram onu da əlavə edib ki, artıq Azərbaycan söz sahibi olan dövlətə çevrilib.

KKTC-Azərbaycan əlaqələrinə gəlincə, diplomat münasibətlərimizin yüksək səviyyədə olduğunu, sadəcə Şimali Kiprə qarşı haqslz embarqonun buna mane olduğunu vurğulayıb:

“Bütün bunlara baxmayaraq, KKTC ilə Azərbaycan arasındakı əlaqələrin ən üst səviyyədə inkişafı üçün səy göstərəcəyik. Biz iki qardaş dövlətik”.

 

www.yenicag.az

509
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv