Şimali Koreya Çinə yaxın ərazidə gizli raket bazası qurub
Şimali Koreya Çin sərhədindən cəmi 27 km məsafədə yerləşən “Sinpung” adlı gizli raket bazasını istifadəyə verib.
Yenicag.az xəbər verir ki, məlumatı “Bloomberg” Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinə (CSIS) istinadən yayıb.
Hesabatda qeyd olunur ki, bazada nüvə başlığı daşıya bilən, bərk yanacaqla işləyən qitələrarası ballistik raketlər yerləşdirilib. Bu tip raketlər sürətli buraxılış imkanına görə öncədən aşkarlanması çətin olan strateji təhlükə yaradır.
Ekspertlərin fikrincə, həmin silahlar həm Şərqi Asiya ölkələri, həm də materik ABŞ üçün potensial nüvə təhdidi hesab olunur. Məlumata əsasən, “Sinpung” bazasının tikintisinə 2004-cü ildə başlanılıb, əsas obyektlər isə 2014-cü ildən etibarən istifadəyə verilib. Son illərdə kompleksin genişləndirilməsi davam edir.