Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şimali Koreyanı kim idarə edir? - “Kölgə lider”dən ABŞ və Cənubi Koreyaya SƏRT TƏHDİD: “Bu, işğal sınağıdır”

Reklam: High Technic

ABŞ və Cənubi Koreyanın avqustun 16-26-na planlaşdırdığı birgə hərbi təlimlər Şimali Koreyanın sərt etirazına səbəb olub.

Yenicag.az “Hürriyet”ə istinadən xəbər verir ki, ABŞ-Cənubi Koreya hərbi təlimlərinə münasibət bildirən Şimali Koreya lideri Kim Çen Inın bacısı, Əmək Partiyası İnformasiya departamentinin direktoru, eyni zamanda, dövlətin “kölgə lideri” olaraq qəbul edilən Kim Yo Çjon bu aksiyanı “işğal sınağı” adlandırıb.

O, bunun qarşılığında ölkəsinin hərbi potensialının gücləndirilməsi üçün səylərin artırılacağını bildirib. Kim Yo Çjon deyib ki, bu, nüvə silahı ilə əlaqədar dialoqun davam etməsinə çağıran ABŞ prezidenti Co Baydenin riyakarlığını göstərir.

“Kölgə lider”in fikrincə, haqqında danışılan birgə hərbi təlimlər iki Koreya arasında münasibətlərin normallaşmasına yönəlik ümidlərə zərbə vurur. “Hökumətimiz və ordumuz Cənubi Koreyanın aqressiv hərbi təlim hazırladığını, yoxsa cəsarətli qərar verdiyini diqqətlə izləyəcək”, – deyə o bildirib.

Ağ Evin sözçüsü Cen Psaki isə Kim Yo Çjonun bəyanatına şərh verməyərək, ABŞ-ın regiondakı müttəfiqləri ilə birgə fəaliyyətini davam etdirəcəyini deyib.

www.yenicag.az

265
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100