Simferopolda hərbi hospital ələ keçirildi
Simferopolda yeni yaradılmış “özünümüdafiə” qüvvələri hərbi hospitalı ələ keçiriblər.
Bu gün özlərini “Krımın xalq özünümüdafiə dəstəsi” adlandıran qrup Simferopoldakı hərbi hospitala daxil olaraq oradakı həkim və şəxsi heyəti çıxarıblar.
Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, hospitalın həkimləri oradan qovulduğundan xəstələrə lazımi qulluq eləmək mümkün deyil. Rəhbərlik və bütün tibbi heyət klubun zirzəmisinə doldurulub. Hazırda hospitalda 20-yə yaxın reanimasiyada olan ağır xəstə var.
axar.az