Sındırılmış qol: Dördüncü hakimiyyət… – Jalə Mütəllimova yazır

Sonun bura dirənəcəyi bəlli idi. Əvvəlcə hərə əlinə bir telefon aldı ki, blogerəm, sonra bir jilet geydilər ki, jurnalistəm. Sonra havadarlarının dəstəyi ilə qeydiyyatdan keçdilər, saytlar açdılar, şirkətlər qurdular ki, bəs menecerəm, həm də jurnalistəm. Firqə, söyüş, kompromat, reket jurnalistikası belə formalaşdı.

Bəllidir, məqsəd o idi ki, insanları vətəndaş olmağa, haqq-hüquq bilməyə yönəlməkdən çəkindirsinlər. Ölkədə vətəndaş cəmiyyəti yox, yırtıcı, cahil cəmiyyəti qursunlar, mədə davası başlatsınlar. Hədəfə uşlaşılıb.

Bir MİS müdiri tanınan jurnalisti döydürə, Hafiz Hacıyev videogörüntüdə bir jurnalistə üzr istədə, manıs Manaf jurnalisti aşağılaya bilirsə, başqa nəticə çıxarmaq mümkün deyil vəziyyətdən. Hələ üçüncü sinfi bitirən, orta statistik “palatka” müğənnisi siyasi yazarlara çoban deyəndə, Allahın Toliki millətə üç barmağın həndəsi fiqurunu göstərib də, “sizə bunu verəcəklər” deyəndə, göbək atan rəqqasə “yardım alımışam…ağzınız” filan deyib də, milləti aşağılayanda bunun olacağı dəqiq bəlli idi.

Bütün bunları medianın “m”-ı, etikanın “e”-i, əxlaqın “ə”-i barədə məlumatlı olmayan, amma hamıdan əvvəl əli hər yerə çatan Ata Abdullayevlərin, Trans Səbişlərin medianı müzakirə etməsindən sonra düşündüm…

Bu artıq pik həddir. Bizim sözümüzü, ya da bizim yerimizi tutanlara sözü cinsi azlıqlarla dedirdirlər. Bu da aşağılanmağın, ələ salınmağın yeni modelidir yəqin?
Dialoqa baxın:

…….
…….

Hə, bir də deyirlər ki, bu adamı, yəni Atanı müzakirə edib, gündəmə gətirib, təpəmizə çıxarmayın. Orda dayanın, bunu təpəmizə mən çıxarmıram. Bunu təpəmizə çıxaranlar, çıxarıb. Biz də ha silkələyirik, aşağı sala bilmirik. “Başımızı yolur”, “üzümüzə cırmaq atır”, “tuği-lənət olub, keçib boğazımıza” simasında çoxlu sayda küçə jurnalistlərindən can qurtara bilmirik. Niyə? Ona görə ki, onlara sponsorluq edirlər. Məsələn, hadisə baş verdimi, bütün media mənsublarından əvvəl olay yerinə yollayırlar, beynəlxalq təşkilatlarda qeydiyyatdan keçirib, boynuna media xaltası taxırlar. Bilmirik, mediada bir ovuc qalan gerçək media adamlarıyla hüsumətləri nə? Bunu hələ ki, anlamış deyilik?! Amma dəqiq bildiyimiz bir şey var, “ata”lar söyüş mediası və söyüş müxalifəti dediklərinizdən az təhlükəli zad deyil. Həm ölkə, həm də dördüncü hakimiyyət özünü nə qədər gec deyil, bu dalğadan sığortalamalıdır.

İndiliksə Azərbaycan mediası can verir. Başında nə yiyəsi var, nə sahibi, nə də dərdini deyib, danışmağa kimsə. Nəyi gözləyirik? Nəyi gözləyirsiniz? Sahib durulmayanı gəlib kənardan kiminsə götürməsinimi?! Bir gün o da olacaq. Sağımız İran, solumuz Rusiya, okeanın o tayından da Amerika, çox media adamına “alıcı” gözüylə baxır. Yoxsa küçələri “Azad söz” və onun kimi onlarla sistemlərə bağlı “mediatik” düşüncə sahibləri niyə bürüsün ki?!

Bəlkə də SOSdur. Əyalətdə ehtiyaclı adamlarımızı götürdükləri kimi dördüncü hakimiyyəti də götürəcək. Biz, media adamları kimi dördüncü hakimiyyətimizi, siz dövlətin bir qolunu, mediasını itirəcəksiniz…

Jalə Mütəllimova