!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siqaret təkcə ağciyər xərçənginə səbəb olmur… – Tanınmış onkoloqdan həyəcan təbili

!Reklam – Yazi

Zərərli vərdişlər, sağlam olmayan həyat tərzi insan ömrünün qısalmasına səbəb olur, xəstəliklərə yol açır. Xüsusən də xərçəng gözlənilməz qonaq kimi evlərimizə elə daxil olur ki, ondan xilas olmaq çox vaxt əzizlərimizin həyatı bahasına başa gəlir. Səbəb və nədən axtarmayaq. Bəzən özümüzü aldadırıq, “mən nazik siqaret çəkirəm, heç nə olmaz””, deyirik. Bəs əslində nə baş verir?

Tanınmış medikal-onkoloq Aliyə Aslanın sözlərinə görə, istər nazik, istər qalın, hətta elektron siqaretlər belə xərçəngə yol açır:
“ İnsanlar çox vaxt özlərini aldadır, pis vərdişlərinə don geyindirməyə çalışırlar, bununla da öz-özlərini məhv edirlər. Bir faktı mütləq qeyd etməliyəm: siqaret təkcə ağciyər xərçənginə səbəb olmur. Baş-beyin xərçəngi də (ağıziçi, boğaz, qırtlaq, udlaq, dil, dodaq, damaq), qida borusu, mədə, böyrək, qaraciyər, yoğun bağırsaq, anal kanal, uşaqlıq ağzı xərçəngləri də siqaretlə əlaqəlidir.

Qeyd edim ki, təkcə siqaret çəkənlər deyil, onun tüstüsünü udanlar da bu risk qrupuna aiddirlər. Tüstünü ciyərlərə çəkməmək, elektron və nazik siqaretlərdən istifadə etmək xərçəngə tutulmamaq ehtimalını sıfıra endirmir.

Bu həqiqət dəyişmir və insan bütün hallarda xərçəngə mübtəla olur.
Ancaq bir xilas yolu var: siqaret və tütün məhsullarından uzaq qalmaq… Bu yolla əsrin bəlasından yan ötmək mümkündür. Sağ və sağlam olaq!!!

www.yenicag.az

489
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv