!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şirkətlərdə iş yerlərini itirmək QORXUSU: “Əsas problemlərdən biri odur ki...”

!Reklam – Yazi

“Dövlət sektorunda işçilər 65 yaşa çatdıqda rahat şəkildə təqaüdə çıxa bilir, amma özəl sektorda çalışan insanlar yaşı 45-dən yuxarı olanda yerlərini itirmə qorxuları onları bürüyür”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında şirkətlərin gəncləri təcrübə proqramlarına cəlb etməsi və yaşlı nəslə iş tapmaqda yaranan çətinliklər barədə danışan insan resursları üzrə mütəxəssis Röyal Əhmədov deyib.

Onun sözlərinə görə, iqtisadiyyatın inkişafı ilə əlaqədar olaraq fiziki, yaxud hüquqi şəxs, fərdi sahibkarlıq olmasından asılı olmayaraq, şirkətlərin sayının artması iş yerlərinin günü-gündən artmasına gətirib çıxarır.

“Bununla yanaşı, işsiz kütlənin sayı da artır. Yəni, daha çox işsiz kütlə hazırda yaş olaraq 45-dən yuxarı, maksimum 50 olur. Aşağı kateqoriya vəzifələrdə fəhlə, xadimə, dayə kimi işlərdə 50-dən yuxarı şəxsləri işə götürürlər. Lakin digər yuxarı kateqoriyalarda çalışırlar ki, gənc kadrları işə dəvət etsinlər. Düzdür, şirkət yeni yaranıbsa yaxud da az müddət fəaliyyət göstərirsə, gənc kadrları dəvət etmək onlar üşün daha yaxşı olur. Çünki onlar gənc kadrların yeniliyə, inkişafa meylli olduğunu bilirlər”, – deyə o qeyd edib.

Mütəxəssis düşünür ki, Azərbaycanın gələcəkdə 5-10 il sonrakı situasiyaya tam uyğun ola bilər.

“Çünki hazırda yaşı 25-dən aşağı olan və 45 yuxarı olan şəxslərin effektivliyi azdır. Yəni 25-45 arası olan işçilərin fəaliyyəti daha müsbət olur, amma şirkətlər daha gənc kadrları üstün tuturlar. Hazırda əsas problemlərdən biri də odur ki, gənc kadrlar arasında onların yetişmə mühiti zəif olduğu üçün yaşı 25-dən aşağı olub işsiz qalan, şəxsi keyfiyyətləri az olan o qədər gənclər var ki, “çöldə” qalırlar. Bunun əsas səbəblərindən biri də şirkətin həm gənc kadrı dəvət etməsi, həm də işçinin şəxsi keyfiyyətləri-dil, kompüter biliyinin tələb edilmısədir. Bu da mümkün deyil. Çünki, şərait yaradılmır”.

R.Əhmədov qeyd edib ki, universiteti bitirən tələbələr çox da mükəmməl nəzəri biliklərə sahib olmurlar:

“Onlar ən azından ali təhsil müəssisəsini bitirdikdən sonra təcrübə proqramlarına müraciət etmək istəyirlər. Hazırda təcrübə proqramların əksəriyyəti kurslarda olduğu kimi ödənişli olur. Bu bir məqamda yaxşı sayıla bilər. Amma düşünürəm ki, Azərbaycanda olan böyük şirkətlər öz hesabına təcrübə proqramına təcrübəçi qəbul etməlidir. Düzdür, ödənişsiz təcrübə proqramı elan edən şirkətlər olsa da, hesab edirəm ki, bu kifayət etmir.

Eyni zamanda, yaşlı nəsil üçün də bu keçərlidir. Şirkətlər çalışır ki, işə gənc kadrı cəlb etsin, amma gənc kadr da olmadığı zaman yaşlı nəsillər də gözdən çıxır. Dövlət sektorunda işçilər 65 yaşa çatdıqda rahat şəkildə təqaüdə çıxa bilir, amma özəl sektorda çalışan insanlar yaşı 45-dən yuxarı olanda yerlərini itirmə qorxuları onları bürüyür.

Düzdür, gənclə də işləyərək özünü inkişaf etdirməlidir, amma şirkətlərə tətbiq edilən elə bir məhdudiyyət olmalıdır ki, 65 olmasa da, 60 yaşına qədər işçiləri qoruyub saxlamalıdır. Bu problemin həll olunmasına uzun illər lazımdır. Hazırda əmək bazarı o qədər qəddardır ki, yaşı 45-dən yuxarı şəxslər harada işləyib-işləməyəcəyini heç kəs tənzimləmir. Yəni bu doğru deyil. Hətta hazırda əmək bazarına atılmayan gənclər 45-50 yaşdan sonra çöldə qalacağını düşünür. Əslində, insanlar bu qorxu ilə yaşamalı deyillər. Düşünürəm ki, bu hal qanunveriliciklə tənzimənməlidir”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

98
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv