“Korrupsiyaya qarşı mübarizə haqqında” qanunvericilik təkmilləşdirilir

media-hightechnic-468x90

Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslərin müdafiəsi gücləndirilir, dövlət və bələdiyyə qulluqçuları üçün yeni hesabatlılıq mexanizmləri tətbiq olunur.

Yenicag.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

Layihəyə əsasən, korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxslərin attestasiyası zamanı həmin prosesdə korrupsiyaya qarşı mübarizə sahəsində səlahiyyətli struktur bölmənin və ya şəxsin iştirakı qadağan edilir. Bundan əlavə, məlumat verən şəxslərə qarşı qisas məqsədilə intizam tədbirləri tətbiq edilərsə, irəli sürülən dəlillərin sübut olunması yükü birbaşa işəgötürənin üzərinə düşəcək.

Dəyişikliklərə görə, dövlət və bələdiyyə qulluqçuları qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və güzəştlərlə bağlı hallarda birbaşa rəhbərə deyil, korrupsiyaya qarşı mübarizə sahəsindəki səlahiyyətli quruma məlumat verməli olacaqlar. Eyni mexanizm hədiyyələrin qəbulu, maraqlar toqquşması və etik davranış qaydaları ilə bağlı məsələlərdə də tətbiq ediləcək.

Qanun layihəsi korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və şəffaflığın artırılması məqsədilə hazırlanıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05