Əməkdar artist KÖVRƏLDİ: “Ailəmə görə o işdən imtina etdim”
“Ailəmə görə işimdən imtina etdim, keçdim müğənniliyə…”
Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev “Xəzər axşamı” verilişində deyib.
Sənətçi ailəsinə görə ixtisasından imtina etdiyini bildirib:
“Mən İqtisad Universitetini bitirmişəm, iqtisadçıyam. Bu işin dalınca getdim, amma baxdım ki, 10 uşağıq, hamımız ehtiyac içindəyik. Gördüm ki, bu işlə onları bir yerə çıxara bilməyəcəyəm. Ona görə də ata-anamdan xeyir-dua aldım, keçdim müğənniliyə. İndi hamısı o ehtiyacdan uzaqdır, hamısı gözümün giləsidir. Mənim evimdə nəsə ola, bacı-qardaşımın evində heç nə olmaya – bunu heç vaxt özümə bağışlamaram”.
Nehru












