Sirli məxluq yenə göründü – Foto,Video
Şotlandiyadakı Lox Ness gölündə yaşayan və “Nessi” adlandırılan sirpli məxluqun yenidən göründüyü bildirilir.
Riçard Kollis sahildən təqribən 150 km aralıda, göldən qəflətən başını çıxaran sirli məxluqun videosunu çəkdiyini iddia edir.
“Nessi” ilk dəfə 1500 il əvvəl yerli sakinlər tərəfindən qaya rəsmlərində əks olunmuşdu.
Los-Ness gölünün cənub-qərbindəki Fort Avqustada yaşayan 58 yaşlı Kollis deyib: “Göl sularından çıxan başı görəndə təəccübləndim. Dedim, görəsən, Nessidir?! Tez kamera ilə çəkdim. Monstrın fotoları və videosunu əldə etdim”.
Kollisin xanımı, 60 yaşlı Vibekenin sözlərinə görə, Fort Avqustada 37 ildən bəri yaşayırlar və bu səbəbdən də fotoda məhz Nessinin əks olunduğuna şübhə etmirlər.