!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şirvan-Salyan yolu yenidən qurulur

!Reklam – Yazi

Şirvan-Salyan avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.

“Azərbaycan Avtomobil Yoları” Dövlət Agentliyindən Yenicag.az-a verilən məlumata görə, uzunluğu 31 km olan Şirvan-Salyan avtomobil yolu Salyan və Şirvan rayonları arasında yerləşir. Yolun başlanğıcı Şirvan şəhəri, sonu isə M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 47-ci km-dir.

II texniki dərəcəyə uyğun yenidən qurulan avtomobil yolunun ümumi eni 15 metr təşkil edir. Bura 7.5 metr enində hərəkət hissə, və hər bir sitiqamət üzrə çiyinlərin eni bərkidici zolaqla bərabər 3.75 metr təşkil edəcək.

Layihə çərçivəsində yolun normativ eninin alınması üçün zəruri olan yerlərdə genilədirmə işləri aparılır, yolun deformasiyaya uğramiş yatağı qazılaraq çıxarılır, genişləndirilmiş və qazılaraq çıxarılmış ərazilərə yararlı qrunt tökülərək yayılır və kipləşdirilir.

Torpaq yatağı hazır olan hissələrdə yol əsasının inşası işləri aparılır. Yol əsasının alt layı 30 sm qalınlıqda qum-çınqıl, üst layı isə 12 sm qalınlıqda optimal-qırmadaş qarışığından inşa edilir. Bunun ardınca yolun asfaltlanması işləri aparılır. 2 laydan ibarət asfalt-beton örtüyü üçün 7 sm qalınlıqda iri dənəli, 5 sm qalınlıqda isə xırda dənəli asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

Artıq yolun 7 km-ə yaxın hissəsində əsaslı tikinti işləri aparılaraq yekunlaşdırılıb. Ümumilikdə isə yolun 280 min kv.m-dən çox hissəsinin asfaltlanması nəzərdə tutulub. Yol boyu çiyinlərin bərkidilməsi işləri də görülür ki, bunun üçün 20 sm qalınlıqda optimal-çınqıl qarışığından istifadə olunur.

Layihəyə uyğun olaraq yol boyu mövcud suötürücü borular köhnəlib sıradan çıxdığı üçün yenilərinin inşasına zərurət yaranıb. Bunun üçün yola hər birinin uzunluğu 15 metr olan 25 ədəd 1 metr və 4 ədəd 1.5 metr diametrində dəmir-beton borular quraşdırılacaq, həmçinin yolun 15.4-cü km-də 1 ədəd suötürücü qurğu inşa ediləcək. Bundan başqa tikinti işləri çərçivəsində avtobus dayanacaqlarının tikintisi də nəzərdə tutulan işlərdəndir.

Daha sonra yolda hərəkətin normal təşkili üçün zəruri olan hissələrdə 362 ədəd yol nişanı və məlumatverici lövhə, 31 km göstəricisi və 1240 ədəd siqnal dirəyi quraşdırılacaq, 93 km uzunluğunda yolcızgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Şirvan-Salyan avtomobil yolu uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunurdu. Yol boyu torpaq yatağında, həmçinin örtükdə qabarma və dağılmalar yaranmışdı. Bu isə rahat şəkildə gediş-gəlişə maneəçilik yaradırdı. Texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılan yenidənqurma işləri ilə bu problem aradan qaldırılır.

Qeyd edək ki, respublika əhəmiyyətli yolun tikintisi başa çatdıqdan sonra 20 yaşayış məntəqəsinin 120 mindən çox əhalisinin gediş-gəlişi xeyli yaxşılaşacaq.

COP29

www.yenicag.az

3818
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv