Redaksiyaya daxil olan şikayət tipli əraziələrin böyük əksəriyyəti məhz Səhiyyə Nazirliyi ilə bağlıdır. Daha çox regionlardan gələn şikayət ərizələrinin mətni həkim səriştəsizliyinin qurbanları barədədir. Növbəti şikayət isə sözün hər mənasında sizləri də dəhşətə gətirəcək. Əvvəla mediaya daxil olan ilkin məlumatı təqdim edirik.
19 sentyabr tarixində, səhər saatlarında Şirvan şəhərində dünyasını dəyişən 2007-ci il təvəllüdlü Məmmədova Mina Ruslan qızının bruselyozdan öldüyü açıqlanmışdı.
Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli açıqlamasında 9 yaşlı qızın bu xəstəlikdən ölməsinin mükünsüzlüyünü bildirmişdi.
Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktoru Rakif Abdullayev açıqlamasında ölüm faktının araşdırıldığını bildirib. Xəstənin bruselyozdan ölmədiyini deyən R.Abdullayev “Hadisə yerinə əməkdaşımızı göndərdik. Bəlli oldu ki, azyaşlı heç də bruselyoz xəstəliyindən dünyasını dəyişməyib”,- deyə vurğulayıb. Ölüm faktınn nədən baş verdiyi araşdırılır.
7news.az isə bir ailənin xöşbəxtliyinə bais olan bu hadisəni araşdıraraq maraqlı faktlar əldə edib. Belə ki, uşaqla bağlı valideynlər daima analizlər veriblər. Şirvan poliklinikasında ilkin analizlərdə böyrəkdə zülalın miqdarı normadan artıq çıxıb, 0.2 olduğu bildirilib. Məhz bu səbəbdən uşağa 10 günlük müalicə təyin edilib. 10 gündən sonra isə eyni xəstəxananın labaratoriyasında (red. Gülağa həkim) analiz verilib. Zülalın 0.95 olduğu bildirilib və bruselyoz xəstəliyi aşkarlanıb.
ƏSL FACİƏ İSƏ ÖZ CİNAYƏTLƏRİNİ ÖRT-BASDIR ELƏMƏK ÜÇÜN HƏRƏKƏTƏ KEÇƏN HƏKİMLƏRİN ATDIĞI ADDIMLARDAN SONRA BAŞLADI.
Belə ki, 21 sentyabr 2016-cı il tarixdə ATV telekanalında efirə gedən gecə xəbərlərinin buraxılışına müsahibə verən Şirvan Şəhər Uşaq Poliklinikasının baş həkimi Şirinxanım Səmədova bütün məsuliyyəti utanmadan valideynlərin üzərinə atıb. O, valideynlərin vaxtında analizlər vermədiklərini qeyd edərək bir növ məsuliyyətdən yayınmağa çalışırlar. Lakin buna qədər baş həkim dediklərini hüquq mühavizə orqanlarında da sübut etmək üçün rəhmətə gedən azyaşlının ailəsinə gələrək nənəsi ilə səmimi söhbətə başlayır. Sonra isə mərhumun nənəsindən bütün xəstəlik tarixçəsini, analizləri hüquq mühavizə orqanlarına verəcəyi bəhanəsi ilə alaraq özü ilə aparıb. Bundan cəmi bir neçə saat sonra isə məlum açıqlamanı verib. Baş həkimin bu biabırçı addımını isə onlarla mərasim iştirakçısı təsdiqləyə bilər. Kanalın Məmmədova Mina Ruslan qızının ailəsindən həkimin ittihamlarına cavab haqqını tanımaması isə həmin reportajın sifarişli olması iddiasını gündəmə gətirib. İnanırıq ki, kanal bu yalnışı qısa zamanda düzəldəcəkdir.
P.S. Onu da qeyd edək ki, 9 yaşlı Minanın ən böyük arzusu həkim olmaq imiş. Bunu özü də inşaalarının birində qeyd edib.
www.yenicag.az