!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şirvanda narkotacir ələ keçdi - FOTO

!Reklam – Yazi

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenicag.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin satışı ilə məşğul olan Asif Nəzərov saxlanılıb.

A.Nəzərovun üzərinə keçirilən baxış zamanı ondan sellofan bükümlərdə olan 21 qram “patı” adlanan psixotrop maddə – metamfetamin, 25 qrama yaxın tiryək, heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-inin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

www.yenicag.az

435
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv