Şirvanda ocaq qalayan şəxs yanıq xəsarətləri aldı

media-hightechnic-468x90

Şirvan şəhər sakini həyətdə ocaq qalayan zaman yanıq xəsarətləri alıb.

Yenicag.az AZƏRTAC-a istinadən bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında Şirvan şəhəri Neftçi küçəsi, 17 ünvanında baş verib. Gözəlov Cəfərqulu Ağacəfər oğlu həyətdə yandırdığı ocağa benzin əlavə edərkən güclənən alovun təsirinə məruz qalıb.

O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra Bakı xəstəxanalarından birinə təxliyə olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa