!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sisi, Merkelin qarşısında rüsvay oldu

!Reklam – Yazi

35705Misir prezidenti Sisi ilə birgə mətbuat konfransı təşkil edən Almaniya kansleri Merkel Misirdəki edam cəzaları mövzusunda Sisini pis vəziyyətdə qoyub.

Yenicag.az avropa.info-ya istinadən  xəbər verir ki, nazirlər kabinetinin qərargahında Sisi görüşdən sonra təşkil olunan mətbuat konfransında danışan Angela Merkel prezident Abdulfəttah Sisi ilə Misirdəki edam hökmlərini müzakirə etdiklərini bildirib.

“Biz prezident ilə “Müsəlman Qardaşları” təşkilatı və təşkilatın üzvlərinə verilən edam hökmlərini müzakirə etdik. Çoxlu sayda edam cəzası var. Biz düşünürük ki, bunların qarşısı alınmalıdır. Almaniya hökuməti edam cəzasını qəbul etmir.”

Misirin bölgədə iqtisadi inkişaf və siyasi sabitliyə nail olmaq üçün səy göstərən bir ölkə olduğunu vurğulayan Merkel Misirin Sina yarımadasında sabitliyi təmin etmək istədiyini bildirib.

Almaniya və Misir arasında möhkəm əməkdaşlığın olması üçün bir çox gözəl səbəbin olduğunu vurğulayan Merkel sözlərinə belə davam edib:

“Bəzi məsələlərdə fikir fərqlərimiz var. Bunlardan biri də hər nə səbəblə olursa olsun, hətta terrorda ittiham olunsa belə insanların edam hökmü ilə cəzalandırılmamalarıdır.”

www.yenicag.az

474
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv