Siyasətin qaranlıq üzü: “Epşteyn sənədləri” İrana qarşı müharibəni tezləşdirdi? - ŞƏRH

media-hightechnic-468x90

“Dünya mediasında müharibənin tezləşdirilməsində Trampın “Epşteyn sənədləri”ndə adının keçməsinin əsas amillərdən biri olması haqqında məlumatlar gündəmdədir”.

media-banner_tuq

Bunu Yenicag.az-a açıqlamasında politoloq Telman Nüsrətoğlu deyib.

media-1681721704356113261_1200x630

O, ABŞ-ın İrana qarşı başlatdığı hərbi əməliyyatların səbəblərini və bu prosesdə iddia olunan “Epşteyn faktoru”nu şərh edib.

Politoloqun fikrincə, müharibənin tək bir səbəbdən qaynaqlandığını demək çətindir, lakin “Epşteyn sənədləri” önəmli bir tətikləyici kimi qiymətləndirilir:

“Bu müharibənin əsas səbəbi geosiyasi reallıqdır. ABŞ-ın neft və təbii resurslarla zəngin ölkələrdə Çinlə yaxın əməkdaşlıq edənləri nəzarətə alması, İranın ticarət yollarına faktiki nəzarət etməsi kimi strateji hədəflər daha təsirli sayılır. Eyni zamanda, İsrailin təhlükəsizliyinin təmin edilməsi məqsədi də qabarıq görünür. Yəhudi lobbisinin Amerikada Tramp administrasiyası üzərində qurduğu təzyiq mexanizmi müharibənin tezliklə başlamasına gətirib çıxardı”.

Telman Nüsrətoğlu qeyd edib ki, bəzi dairələrdə müharibənin “Epşteyn sənədləri”nin üzə çıxmasının qarşısını almaq və ya diqqəti yayındırmaq üçün tələsdirildiyi barədə iddialar mövcuddur:

“Epşteyn sənədlərində Trampın da adının keçməsi onun daxili siyasətdəki mövqeyinə təsir göstərə bilərdi. Hətta məsələnin impiçmentə qədər uzanması ehtimalı var idi. Epşteynin özünün MOSSAD üzvü olması barədə məlumatlar da yayılmaqdadır. Bu, təkcə Trampı deyil, Demokratlardan tutmuş bir çox ölkələrin yüksək səviyyəli bürokratlarını əhatə edən böyük bir şəbəkədir. Hazırda İranda və digər ölkələrdə müzakirə olunan əsas iddia odur ki, Trampın komandası bu sənədlərdəki görüntülərə görə ona təzyiq edərək müharibəni bir an öncə başlamağa məcbur ediblər”.

Politoloq sonda vurğulayıb ki, bu məlumatların doğruluğunu dəqiq demək çətin olsa da, müharibənin tələsik qərarla başlaması faktı və qeyd olunan sənədlərin yayılma tarixi arasındakı uyğunluq ekspertlərin diqqətini çəkir.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05