Siyasi strategiya, yoxsa diplomatik NƏZAKƏTSİZLİK? – "Zelenski Orbanı təhqir etməklə..." - ŞƏRH

media-hightechnic-468x90

“Ukrayna prezidentinin Orbana dediyi sözlər diplomatik etik çərçivəni aşmaq idi”

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

media-turan_rzayevvv-3

Politoloq Zelenskinin Macarıstan baş naziri haqqında işlətdiyi ifadələri sərt tənqid edib:

“Ukrayna Prezidenti Volodimir Zelenskinin Münhen Təhlükəsizlik Konfransındakı çıxışı zamanı Macarıstanın Baş naziri Viktor Orban barədə səsləndirdiyi fikirlər Kiyev–Budapeşt xəttində onsuz da mövcud olan gərginliyi daha da artıracaq. Orbanın “qarnını böyütmək” barədə ifadə işlədilməsi təkcə siyasi polemika deyil, həm də diplomatik etik çərçivəni aşan açıqlamadır. Əslində, Macarıstanla Ukrayna arasında fikir ayrılığı yeni deyil. Müharibənin ilk günlərindən Budapeşt Kiyevə hərbi dəstək məsələsində digər Avropa İttifaqı ölkələrindən fərqli, daha ehtiyatlı və praqmatik mövqe sərgiləyib. Viktor Orban dəfələrlə bildirib ki, müharibənin uzanması ilk növbədə Avropa iqtisadiyyatına, enerji təhlükəsizliyinə və sosial sabitliyə mənfi təsir göstərir. O, sanksiyaların və silahlandırma siyasətinin nəticələrinin ciddi şəkildə hesablanmalı olduğunu vurğulayıb”.

T. Rzayev bildirib ki, Zelenski Macarıstanın Ukraynaya yardım etməməsindən narazıdır:

“Zelenskinin yanaşması isə daha çox Ukraynanın hərbi və siyasi maraqlarının maksimum təmin olunmasına hesablanıb. Bu, müəyyən mənada başadüşüləndir. O, həm öz siyasi taleyini, həm də ölkəsinin gələcəyini düşünür. Lakin Avropanı gözləyən uzunmüddətli iqtisadi və təhlükəsizlik risklərinin Kiyev tərəfindən kifayət qədər nəzərə alınmadığı da bariz şəkildə ortadadır. Məhz bu məqam Budapeştin narazılığının əsasını təşkil edir. Mənə görə Viktor Orban hazırda Avropa İttifaqı daxilində ən realist və praqmatik siyasətçilərdən biridir. O, müharibənin dayandırılması və danışıqların başlanması ideyasını ilk gündən açıq şəkildə müdafiə edib. Hətta bu istiqamətdə Rusiya ilə birbaşa təmaslara gedərək dialoq kanallarının açıq saxlanmasının vacibliyini vurğulayıb. Onun mövqeyinə görə, məsələ təkcə Ukraynanın taleyi deyil, söhbət Macarıstanın, Avropanın və bütövlükdə qitənin gələcəyindən gedir. Zelenskinin Orbanın xarici görünüşünə eyham vurması isə siyasi diskussiyanı şəxsi müstəviyə keçirməkdir”.

“Bu cür ritorika əks-effekt yarada bilər” deyən müsahibimiz sözlərini belə yekunlaşdırıb:

“Bu cür ritorika dövlət başçısı səviyyəsində etik və diplomatik baxımdan uyğun hesab olunmur və əks-effekt yarada bilər. Orbanın cavabında vurğuladığı kimi, məsələ şəxsi münasibətlərdən deyil, strateji gələcəkdən ibarətdir. Kiyevin bu cür sərt və emosional çıxışları Macarıstanla münasibətləri daha da gərginləşdirə bilər. Halbuki Avropa İttifaqı daxilində konsensusun qorunması Ukraynanın özü üçün də həyati əhəmiyyət daşıyır. Budapeştin açıq şəkildə etiraz etdiyi bir şəraitdə Ukraynanın Avropa strukturlarına inteqrasiyası daha da çətinləşə bilər”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05