Bu gün Azərbaycan Milli Məclisinin növbəti plenar iclası keçirilir.
Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda çıxış edən deputat Siyavuş Novruzov Avropa Şurasının Azərbaycana qarşı qərəzli olduğunu deyib.
Yenicag.az xəbər verir ki , Siyavuş Novruzov bütün bu qərəzli yanaşmalara əhəmiyyət vermədən öz yolumuzla getməli olduğumuzu bildirib.
YAP-çı deputat fikrini Qurandan gətirdiyi sitatla yekunlaşdırıb:
“Bilirsiniz ki, mən Milli Məclsinin dini qurumlar komitəsinin sədriyəm”. Daha sonra Qurandan ayəni ərəb dilində səsləndirən deputat tərcüməsini belə izah edib “Hər kəsə ürəyini səmimiyyətlə aç”.