Siyəzəndə odlu silah və narkotik vasitələr aşkarlandı

media-hightechnic-468x90

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan 38 yaşlı Səxavət Kərimov tutulub.

Yenicag.az-ın məlumatına görə, ondan 1 ədəd lüləsi kəsilən tüfəng və 4 ədəd patron aşkarlanıb.

Həyata keçirilən digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 32 yaşlı Nüsrət Qafarov saxlanılıb. Həmin şəxsdən isə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və metadon həbləri aşkarlanıb.

Hər iki faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa