Siyəzəndə “patı” satan şəxs saxlanıldı

media-hightechnic-468x90

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Yenicag.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Rüfət Əbdülov və Xəyal Abdullayev saxlanılıblar.

Həmin şəxslərin üzərinə və ikinciyə məxsus avtomobilə baxış keçirilən zaman “patı”, “şüşə” adlanan narkotik vasitə metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600