Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Qəbələ rayonu, Vəndam kəndində yerləşən, fiziki şəxs Qaçayev Fəxtiyar Zinhar oğluna məxsus müəssisədə dövlət nəzarəti tədbirləri həyata keçirilib.
Yenicag.az xəbər verir ki, müəssisə alkoqolsuz düşes içkisi istehsalı ilə məşğuldur. Araşdırma zamanı müəssisənin fəliyyətində nöqsanlar aşkar olunub. Belə ki, müəssisədə istehsal antisanitar vəziyyətdə həyata keçirilir, təkrar istifadə etmək üçün nəzərdə tutulan qabların yuyulması kustar üsulla həyata keçirilir, halbuki təkrar istifadə etmək üçün qablar steril yuyulma funksiyalı xüsusi maşınlarda həyata keçirilməlidir. İstehsal olunan məhsulların markalanması aparılmır, xammalların, hazır məhsulların keyfiyyət və təhlükəsizlik göstəricisi olan uyğunluq və gigiyenik sertifikatları mövcud deyil və istehsal xüsusi təlimat və reseptura olmadan həyata keçirilir. Habelə istismar olunan məhsulların sınaqlarının aparılması üçün müəssisədə laboratoriya yoxdur və hər hansı bir akkreditasiya olunmuş laboratoriya ilə müqavilə bağlanmayıb.
Aşkar olunmuş bu və digər nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tədbiqi barədə qərar qəbul edilmiş, müəssisənin fəaliyyəti dayandırılıb.
www.yenicag.az