“Son zamanlar paytaxt ərazisində tıxacların artması skuterlərdən istifadə edənlərin sayının çoxalmasına səbəb olub”.
Bu fikirləri skuterlərin nəqliyyatda yaratdığı problemlərə münasibət bildirən nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, daha çox gənclər arasında geniş istifadə olunan skuterlər müxtəlif qəzaların baş verməsinə səbəb olur:
“Skuter leksikonomiza və praktikamıza yeni daxil olan bir nəqliyyat vasitəsidir. Xarici ölkələrdə bu vasitədən poçt daşımalarında və kuryer xidmətlərində istifadə edirlər.
Son zamanlar paytaxt ərazisində tıxacların artması skuterlərdən istifadə edənlərin sayının çoxalmasına səbəb olub. Şəhərdə skuterlərin sayı artdıqca, onların iştirakı ilə baş verən qəzaların sayı da çoxalır Lakin bununla bağlı qanunvericilikdə heç bir müddəa yoxdur.
Səbəb isə ondan ibarətdir ki, müvafiq qanunvericilik qəbul olunan zaman həmin nəqliyyat vasitələrindən istifadə edilmirdi. O baxımdan, skuterlərin satışını həyata keçirən şirkətlər müştərilərə bu haqda dolğun məlumat verməli və təhlükəsizliklə bağlı təlimatlandırılmalıdır”.
Nuray Məmmədzadə
www.yenicag.az