Slovakiya Baş nazirinin son vəziyyəti açıqlandı

media-hightechnic-468x90

Slovakiyanın sui-qəsdə məruz qalan Baş naziri Robert Fitsonun səhhəti əməliyyatdan sonra yaxşılaşıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Robert Kalinyak məlumat verib.

“Yaxşı əhval-ruhiyyədəyəm, çünki Baş nazir Fitsonun vəziyyətində irəliləyiş görürəm. Vəziyyət hələ də çox ciddidir, lakin irəliləyişlər məni ruhlandırır”, – nazir deyib.

R.Kalinyak əlavə edib ki, sonrakı müalicəni qiymətləndirmək üçün daha bir neçə gün lazım olacaq. “Tibbi komissiya Fitsonun vəziyyətini müzakirə etmək üçün mayın 20-də toplanacaq”, – o əlavə edib.

Bundan əvvəl Ruzvelt adına xəstəxananın direktoru Miriam Lapunikova hazırda Slovakiya baş nazirinin huşunun özündə olduğunu və intensiv terapiya şöbəsində olduğunu bildirib./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05