Sloveniyada Azərbaycana həsr olunmuş veriliş yayımlanıb

media-hightechnic-468x90

imagesSloveniya Milli İctimai Radiosunda (Radio SLO 1) Azərbaycan mədəniyyətinə həsr olunmuş geniş veriliş yayımlanıb. Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyinin Lyublyana ofisindən verilən məlumata görə “Dünyanı mənimlə gəz” adlı proqram çərçivəsində hazırlanmış bir saatlıq verilişdə Azərbaycan haqqında dolğun məlumat verilib, bu məlumatlar və mövzunu əks etdirən fotoşəkillər radionun saytında yerləşdirilib.

Azərbaycanın Sloveniyada müvəqqəti işlər vəkili Azər Xudiyevin qonaq qismində qatıldığı verilişdə, həmçinin ölkəmizin günbəgün artan iqtisadi və siyasi gücü və eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı söhbət açılıb.

Veriliş boyunca isə klassik və müasir Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları səsləndirilib.
Verilişi radionun internet səhifəsində bu link vasitəsilə dinləmək mümkündür: http://radiosi.eu/shows/come-away-with-me/article/Come-away-with-meto-Azerbaijan/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600