SOCAR və Rosneft yeni layihədə
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiyanın “Rosneft” şirkəti ilə birgə yeni layihəyə imza atacaq.
Bu barədə energetika naziri Natiq Əliyev “İtar Tacc”ın sualını cavablandırarkən deyib. Nazirin sözlərinə görə, Novorossiysk rayonunda Kuban Neft Emalı zavodununun tikintisi layihəsində iştirak etmək üçün danışıqlar aparır:
“Bəli, maraqlanmışıq. Danışıqlar aparılır. Seçin (“Rosneft”in rəhbəri-red.) Dövlət Neft Şirkəti ilə danışıqlar aparıb, lakin nəticə ilə bağlı məndə məlumat yoxdur”. (qafqazinfo.az)