Soçi sirkində şir təlimçiyə hücum etdi - VİDEO

media-hightechnic-468x90

Rusiyanın Soçi sirkində tamaşa zamanı şirlərdən biri məşqçi Aleksey Makarenkoya hücum edib. Onu həmkarı Olqa Borisova (həyat yoldaşı) xilas edib.

Təqdim edilən nömrənin sonunda iki şir balası dalaşıb. Makarenko və Borisova bunu dayandırmaq qərarına gəliblər və bu anda üçüncü heyvan təlimçiyə hücum edib.

Borisova ərinə kömək etməyə tələsib, sonra digər işçilər də onlara qoşulublar. Su şırnaqları və səs qumbarasından istifadə edərək heyvanları ayırıb, səhnəni tərk etməyə məcbur ediblər.

Daha sonra sənətçi sosial şəbəkələrdə baş verənlərlə bağlı danışıb, həmçinin dəstək olan hər kəsə təşəkkür edib və hər şeyin qaydasında olduğunu bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600