!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Şofer Əhməd”in ANIM GÜNÜDÜR: “Yoxluğun məni yandırıb-yaxır”

!Reklam – Yazi

“Gedənlər gedir, amma o cür sənətkarların yeri hər zaman boş qalır. Sağıma baxıram, soluma baxıram, amma yanımda sənət dostlarımı görməyəndə sarsılıram. Onlardan biri də Elxandır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Xalq artisti, tanınmış rejissor Əbdül Mahmudbəyov mərhum Əməkdar artisti Elxan Qasımovun anım günündə fikirlərini bölüşərkən deyib.

O, həmkarı və yaxın dostunun yoxluğu ilə bu gün də barşmadığını bildirib:

“Elxan heç bir filmə çəkilməsəydi belə, təkcə ustadımız, görkəmli rejissor Ədil İsgəndərovun çəkdiyi “Əhməd haradadır?” filmində “Şofer Əhməd” kimi adını milli kinomuzun tarixinə əbədi yazdırdı. Çoxları onu “Şofer Əhməd” kimi çağırırdı, bu da ona olan sevginin nəticəsi idi. Elxan peşəsini sevən gözəl aktyor, rejissor olduğu kimi, eyni zamanda əsl dost idi. Hərdən ona zarafatla deyirdim ki, ay Elxan, kaş mən səndən tez öləydim, yaxşı təşkilatçılığın var, dəfnimi gözəl təşkil edərsən. Amma düz deyiblər ki, sən saydğını say, gör fələk nə sayır… Qsmət elə gətirdi ki, dostum məndən qabaq bu həyatla vidalaşdı. Ölüm də qəfil oldu, xəstə yatağına düşüb, heç kimi incitmədi. Bu yaxınlarda doğum günüm oldu, çox kövrəldim. Çünki Elxan yanımda yox idi. Utandım ki, dostlarım bir-bir köçüb gediblər bu həyatdan, amma mən hələ yaşayıram. Elxan, yoxluğun məni yandırıb-yaxır”.

Cəvahir

COP29

www.yenicag.az

267
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv