Sofyan Amrabat “Atalanta”nın transfer GÜNDƏLİYİNDƏ
“Fenerbahçe”nin 2024-2025 mövsümünün əvvəlində “Fiorentina” klubundan icarə əsasında heyətinə qatdığı mərakeşli yarımmüdafiəçi Sofyan Amrabatın İtaliyaya qayıdışı gündəmdədir.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “Africa Foot” nəşri yayıb.
Xəbərə görə, A Seriyasının təmsilçisi “Atalanta” 28 yaşlı futbolçunun transferində maraqlıdır və artıq bu məqsədlə rəsmi təklif irəli sürüb. Bildirilir ki, komandanın yeni baş məşqçisi İvan Yuriç daha əvvəl birgə çalışdığı Amrabatla yenidən əməkdaşlıq etməyə çalışır və futbolçu ilə birbaşa əlaqə yaradacağı gözlənilir.
Qeyd edək ki, Sofyan Amrabat 2023-2024 mövsümündə “Fenerbahçe”nin heyətində ümumilikdə 43 oyunda iştirak edib, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Göycə Göycəyev