Rusiyanın gizli PUA proqramları sosial media hesablarından sızdırılıb.
Yenicag.az xəbər verir ki, “Telegram” qruplarından sızan və dünya mediasında səs-küyə səbəb olan prosesə Rusiyanın gizli İHA proqramının təfərrüatları daxil edilib. Sözügedən fotoşəkillər hətta PUA istehsal mərkəzinin yerini də ortaya qoyub.
Digər tərəfdən, Rusiyanın İrandan aldığı “Shaded-136” model kamikadze dronlarını modernləşdirərək fərqli PUA-ya çevirdiyi ortaya çıxıb. “Telegram”da sızan və Rusiya mətbuatında trend olan məlumatlara görə, Rusiya bu PUA-ları ölkənin Alabuqa bölgəsində modernləşdirir. Alabuqa Rusiyanın mərkəzi hissələrində yerləşən və Tatarıstanla əlaqəli kiçik sənaye şəhəridir. Bölgənin əhalisi təxminən 70 min nəfərdir.
2022-ci il fevralın 24-də başlayan Rusiyanın Ukraynaya hərbi müdaxiləsi klassik müharibə taktikasını yenidən yazıb. Kiyev “Bayraktar TB2” də daxil olmaqla, müxtəlif PUA və pilotsuz təyyarələrlə Rusiyanın kilometrlərlə uzunluğundakı tank karvanlarını partlatmaqla Rusiya qanadını geri addım atmağa məcbu edib. PUA-ların müharibədə əhəmiyyətini gec anlayan Moskva rəhbərliyi çarəni İrandan aldıqları “Shaded-136”larda tapıb. Rusiya bu kamikadze təyyarələri ilə dəfələrlə Ukrayna bazalarına və enerji mərkəzlərinə hücum edib.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk bildirib ki, Ukrayna Hərbi Dəniz Qüvvələri Krımda Rusiya Qara Dəniz Donanmasının “Kommuna” yardımçı gəmisini vurmağa nail olub. Təxminən 110 il əvvəl istehsal edildiyi ortaya çıxan gəmi, təbii ki, bu müddət ərzində dəfələrlə modernləşdirilib. Bu modernləşdirilmiş dəniz dəstək gəmisi sualtı qayıqların axtarışı və xilas edilməsi üçün nəzərdə tutulub və eyni zamanda sualtı nəqliyyat vasitələrinin daşıyıcısı kimi xidmət edib.
www.yenicag.az