ŞOK QƏRAR: Azərbaycanın tanınmış aktyoru həbs edildi - FOTO

media-hightechnic-468x90

Tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev həbs olunub.

media-banner_tuq

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilərək, barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

Xəbəri Rza Rzayevin vəkili Səlahəddin Cəfərov təsdiq edib.

Qeyd edək ki, tanınmış aktyor Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs edilib. Cinayət işi 2018-ci ildən davam edir və bu gün zərərçəkənlərin birinci instansiya məhkəməsinin qərarından verdikləri apellyasiya şikayətinə baxılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05