Son 1 həftədə 6 nəfər koronavirusdan ÖLDÜ

media-hightechnic-468x90

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son bir həftədə (16.10.2023-22.10.2023) 156 yeni yoluxma faktı qeydə alınıb, 234 nəfər müalicə olunaraq sağalıb.

media-banner_tkm

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 833 955 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 823 439 nəfər müalicə olunaraq sağalıb, 10 353 nəfər vəfat edib, aktiv xəstə sayı 163 nəfərdir.

Ölkədə son həftə ərzində 3 415, hazırkı dövrədək isə 7 699 775 test aparılıb.

Qeyd edək ki, oktyabrın 16-dan 22-dək koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05