SON DƏQİQƏ! Məşhur otelin qarşısında yanğın – Maşın alışdı – VİDEO

Bakıda otelin qarşısında minik maşını yanıb.

Yenicag.az xəbər verir ki, hadisə saat 21:10-da Tbilisi prospektində, “Qafqaz otel”in qarşısında baş verib.

Hadisə yerinə polis əməkdaşları və yanğınsöndürmə maşınları cəlb edilib.

Yanğının ətrafdakı maşınlara və obyektlərə keçməsinin qarşısı alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.