Son dəqiqə! Səudiyyə Ərəbistanından yeni “Ümrə” QƏRARI 

Səudiyyə Ərəbistanı COVID-19-a qarşı peyvənd olunmuş xarici vətəndaşların avqustun 9-dan etibarən Ümrə ziyarəti edə biləcəklərini açıqlayıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, ölkədə bu barədə yeni qərar təsdiqlənib.

Qərara əsasən, 18 yaşı tamam olmuş və Pfizer / BioNTech, AstraZeneca, Johnson & Johnson və Moderna peyvəndlərindən hər hansı ilə vaksin olunmuş şəxslərin Ümrə ziyarətinə icazə verilir.

Qeyd edilib ki, Həcc ziyarətləri bitdikdən sonra ölkədə yaşayan vətəndaşlar üçün Ümrə mövsümü başlayır.