“Son zəng”də məktəbli formasında olmaq məcburidir, yoxsa tövsiyə?

media-hightechnic-468x90

 

 

Hər il “Son zəng” mərasimi yaxınlaşdıqca cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri məktəblilərin bu əlamətdar günə hansı geyimdə qatılacaqları olur.

Yenicag.az xəbər verir ki, bu məsələnin yenidən gündəmə gəlməsinə səbəb Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublunun – “Son zəng”də şagird məktəbli formasında olmalıdır”, – açıqlaması olub.

Bu açıqlama ictimaiyyətdə bir sıra sualların yaranmasına səbəb olub.

“Son zəng”ə qatılan hər məktəbin öz xüsusi forması olacaq, yoxsa bütün məktəblilər üçün vahid forma tətbiq ediləcək?

 

Məsələyə aydınlıq gətirmək üçün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) müraciət etdik.

Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, agentlik tərəfindən təhsil müəssisələrinə göndərilmiş təlimatda tədbirdə iştirak edəcək şagirdlərin xarici görkəminin və geyiminin oxuduğu təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olmasının təmin edilməsi öz əksini tapıb.

“Sadəcə şagirdlərin məktəbli formalarında olmaları tövsiyə edilir”, – deyə məlumatda vurğulanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600