Sonuncu zəvvar qrupu Həcc ziyarətindən geri dönür

media-hightechnic-468x90

Bu gün sonuncu zəvvar qrupu Həcc ziyarətindən Azərbaycana geri dönəcək.

Yenicag.az APA-ya istinadla xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, sonuncu zəvvar qrupunda 130 nəfər olacaq:

“Zəvvarlar Mədinə saatı ilə 19:00-da yola düşəcəklər, yerli vaxtla saat 23:20-də isə Bakıya çatacaqlar”.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarəti üçün ümumilikdə 1440 zəvvar 8 təyyarə reysi ilə iyunun 17-dən 22-nə qədər ziyarətə gediblər. Zəvvarlar iyulun 5-dən Vətənə geri dönürlər. Bu il Həcc ziyarəti üçün bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600