SOS! İnəkdən keçən xəstəlik bir ailədən üç nəfəri öldürdü
Türkiyənin Adana şəhərinə bağlı Tufanbəyli rayonunda heyvandarlıqla məşğul olan ailədən üç nəfər öldü. Yenicag.az türk mediasına istinadən xəbər verir ki, heyvandan insana keçməsindən şübhələnilən xəstəlik nəticəsində öncə Özmən ailəsinin bütün inəkləri öldü. Daha sonra isə öncə Zülfiyyə Özmən, daha sonra isə Səlahəddin və Minə Özmən bir həftə içərisində qarın ağrısı və yüksək hərarət diaqnozu ilə xəstəxanaya gətirildilər və Təcili Yardım bölümündə öldülər.
Balcalı Xəstəxanasının baş həkimi və İnfeksiyalı Xəstəliklər üzrə mütəxəssis, professor Yeşim Taşova bildirib ki, xəstələrdə heyvanlarda rastlanılan leptoskiroz bakteriyası və Kırım Kongo Qanamalı Ateş (KKQA) aşkarlanıb.