"Sosial ödənişlərin artırılması ilə bağlı mühüm qərarlar qəbul olunub" - Baş nazir
Azərbaycanda sosial islahatlar nəticəsində əhalinin gəlirləri inflyasiya səviyyəsini üstələyib.
Yenicag.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında, Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatını təqdim edərkən bildirib.
Baş nazir qeyd edib ki, ötən il əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm qərarlar qəbul olunub:
“2025-ci ildə əhalinin nominal gəlirləri və orta aylıq əməkhaqqı artımı illik inflyasiya səviyyəsini geridə qoyub. Dövlət büdcəsi xərclərinin 39,5%-i, yəni 15,3 milyard manatı məhz sosialyönlü xərclərə yönəldilib”.
Yenicag.az













