!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sosial şəbəkələrdə “xoşbəxt ailə” YALANLARI: “Kamera söndürdükdən sonra mübahisə edilər”

!Reklam – Yazi

“Sosial şəbəkələrdəki bəzi ailələr, həyatlar real həyatla üst-üstə düşmür və bu, sadəcə, reklam xarakterinə atılmış addımlardır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında insanların öz həyatlarını sosial şəbəkədəki ailələr və həyatlarla müqayisəsi barədə danışan psixoloq Ezgi Şahin deyib.

Onun sözlərinə görə, bəzi insanlar yaşamadıqları həyatı sosial şəbəkələrdə elə göstərirlər ki, sanki onların həyatında hər şey mükəmməldir.

“Siravi insanlar da bu videolara baxanda həmin sosial şəbəkələrdə paylaşım edən yutuberlərin, tik-tokerlərin necə də gözəl həyat yaşadığını, onların gözəl ailələri olduğunu düşünür. Bu zaman bunu öz həyatı, ailəsi ilə müqayisə etməyə başlayır və həyat yoldaşına da bunu nümunə kimi göstərərək, aralarında mübahisə yaratmağa çalışır. Lakin sosial şəbəkələrdəki bəzi ailələr, həyatlar real həyatla üst-üstə düşmür və bu sadəcə reklam xarakterinə atılmış addımlardır. Bəlkə də sosial şəbəkələrdə paylaşım edən, xoşbəxt ailə tablosu göstərməyə çalışan bəzi ailələr kameranı söndürdükdən sonra dalaşır”, – deyə o bildirib.

E.Şahin qeyd edib ki, belə müqayisələr hətta boşanmalara da gətirib çıxara bilir.

“Belə ki, ailədə dayanmadan qarşılaşdırmalara, müqayisələrə məruz qalan qarşı tərəflər artıq təngə gəlir və çox zaman da bu hal hətta boşanmalara da gətirib çıxara bilir. Hətta pasiyentlərim arasında həyat yoldaşından danışan insanlar həyat yoldaşının onu hər zaman başqaları ilə müqayisə etməsindən şikayətlənir. Onlar daim “başqalarının həyat yoldaşları onlara bahalı üzük alır, amma sən almırsan” kimi müqayisələrə məruz qaldığını vurğulayırlar. Bunu da onlar ən çox sosial şəbəkələrdə görür. Bəlkə də o videonu çəkən cütlük çəkiliş bitdikdən sonra mübahisə edir”, – deyə o vurğulayıb.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

82
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv