Sosial xidmətlərlə təmin olunan qadınların sayı açıqlandı

media-hightechnic-468x90

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi hazırda 3 732 qadını stasionar və səyyar formada olmaqla reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edir.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, onlardan 452-si Agentliyin sosial xidmət müəssisələrində daimi dövlət himayəsində yaşayır.

Son illərdə reabilitasiya mərkəzləri kimi, sosial xidmət müəssisələri də əsaslı təmir olunaraq, yenidən qurulub. Müasir tələblərə uyğun şəraitin yaradıldığı həmin müəssisələrdə sakinlərin sosial-məişət, tibbi-sosial, sosial-psixoloji və digər zəruri xidmətlərlə təminatı, onların sosial reabilitasiyası üçün işlər aparılır.

Qurum tərəfindən 3280 tənha ahıl və əlilliyi olan qadın isə evlərində (səyyar) sosial xidmətlə təmin edilir. Onlara ev təsərrüfatında təmizlik işlərinin aparılması, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa