!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Soyqırımı” ilə “Ağrı dağı”ndan İMTİNA? - “Bu, Ermənistanın mənəvi məğlubiyyətinin etirafı olardı...” – ŞƏRH

!Reklam – Yazi

“Prosesin indiki başlanğıc mərhələsində və nəticənin bilinmədiyi şəraitdə Ermənistanın gerb və himninin dəyişdiriləcəyi gözlənilmir”.

Bu fikirləri Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün Nikol Paşinyan iqtidarının ölkənin gerb və himnini dəyişməyə razılıq verdiyinə dair Ermənistan müxalifətinin iddiasını dəyərləndirən keçmiş təhsil naziri Firudin Cəlilov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Türkiyə ilə Ermənistan təmsilçiləri arasında aparılan müzakirələrin indiki mərhələsində İrəvanın ölkənin dövlət rəmzlərinə korrektələr edəcəyi inandırıcı görünmür:

“Bilirsiniz ki, Ermənistanın himnində qondarma “soyqırımı” da öz əksini tapıb. Eyni zamanda, o ölkənin gerbində Ağrı dağı təsvir olunub. Yəni ermənilər bu iki məsələni özlərinin “mənəvi tapınağı” kimi görürlər.

O baxımdan Ermənistan hakimiyyətinin gerb və himni dəyişdirməsi, onlardan “soyqırımı” ifadəsini və Ağrı dağının rəsmini çıxarması inandırıcı görünmür. Çünki Türkiyə ilə Ermənistan arasında başladılan prosesin indiki başlanğıc mərhələsində nəticənin necə olacağı məlum deyil.

Nəzərə almaq lazımdır ki, bu addımların atılması Ermənistanın mənəvi məğlubiyyətinin etirafı olardı. Lakin prosesin yekunundə ciddi nəticələr əldə olunarsa, o halda Ermənistanın bu addımları atacağını gözləmək olar”.

A.Zeynalov

www.yenicag.az

437
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv