Soyuqbulaqda Parfiya dövrünə aid qəbristanlıq aşkarlandı

media-hightechnic-468x90

Yağan güclü yağışlardan sonra Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) bölgəsində Parfiya dövrünə aid tarixi qəbiristanlıq aşkarlanıb.

Yenicag.az xəbr verir ki, bu haqda Soyuqbulaq rayonunun Mədəni İrs, Əl İşləri və Turizm Departamentinin müdiri Vahid Colani məlumat yayıb.

Onun sözlərinə görə, tarixi qəbiristanlığın aşkarlanmasından sonra bölgəyə tarixi əsər qaçaqmalçılarının axını başlayıb:

“Bunun qarşısını almaq üçün tədbirlər görülsə də, bölgənin araşdırılması üçün vəsait ayrılmalı və tarixi qəbristanlığın mühafizəsi təşkil olunmalıdır”.

Qeyd edək ki, Soyuqbulaq mahalı Azərbaycanın tarixi əsərlərlə zəngin bölgələrindən biri sayılır və burada olan tarixi əsərlərin 94-ü İranın milli əsərləri siyahısında qeydə alınıb./axar.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa