Eramızdan əvvəl 2500-cü ildə Laqaş kralı Urlamanın “su”dan silah kimi istifadə etməsi ilə başlayan prosesdə “su” təkcə bir alət deyil, həm də müharibə səbəbinə çevrildi. Qlobal istiləşmə ilə su qıtlığı yarandı. Münaqişələr yaxın gələcəkdə “su müharibələri”nə işarədir.
Yenicag.az yaxın gələcəkdə yaşanacağı ehtimal olunan potensail “su müharibəsi” təhlilini təqdim edir.
Eramızdan əvvəl 2500-cü ildə Mesopotamiyanın Quedena bölgəsində su ilə bağlı mübahisələr var idi. Laqaş kralı Urlama qonşusu Ümməni susuzlaşdırmaq üçün suyun sərhəd arxlarını qurutdu. Oğlu da Ümmə şəhəri olan Girsunun suyunu kəsdi.
Bu, suyun müharibə elementi kimi istifadəsinin ilk məlum nümunəsi idi.
Bu gün su qıtlığı özünü getdikcə daha çox hiss etdirir. Ümumdünya Meteorologiya Təşkilatının proqnozlarına görə, 2025-ci ildə dünya əhalisinin 66 faizi su qıtlığından əziyyət çəkəcək.
Bu səbəbdən “su əsaslı” münaqişələr ildən-ilə artır.
Su ehtiyatlarına edilən hücumlar da belədir.
Təkcə 2022-ci ildə su ehtiyatlarına qarşı 7 hücum həyata keçirilib. Ukrayna, Yəmən, Somali, Mali, Suriya və Fələstində baş verən bu hadisələrdə tərəflər qarşı tərəfi “su” ilə vurmağa çalışıblar.
İsrail kənd təsərrüfatı obyektlərini, o cümlədən İordan çayının qərb sahilindəki su çənlərini məhv edib.
Rusiya İdlibdəki su stansiyasını bombalayaraq Suriyadakı su sisteminə ziyan vurub.
Malidə bir kənddə su sistemlərinə hücum edilib.
Somalidə Əl-Şəbab terrorçuları su tankerini partladıblar.
Ukrayna Rusiya zirehli qoşunlarının irəliləyişini ləngitmək üçün Kiyevin şimalındakı Dnepr çayı düzənliyindəki bənddən suyu qurutdu. Sonra ruslar bəndi bombaladılar.
Yəmənin Səada bölgəsində su çənlərinə hava zərbəsi endirilib.
Rus əsgərləri Ukrayna bəndini Krıma gedən suyun qarşısını aldığını əsas gətirərək dağıdıb.
Bütün bunlar 2022-ci ildə baş verənlərdir.
2021-ci ildə bundan qat-qat artıq həyata keçirilib. İranda, Qırğızıstan və Tacikistan arasında, Floridada Hondurasda, Əfqanıstanda, Ukraynada, Yəməndə, Cənubi Sudanda, Peruda, Keniyada, Meksikada, Sudanda, Pakistanda, Somalidə, Livanda, Qvineyada, Albaniyada, Kamerunda, Nepal, Fələstin, Hindistan, Misir, Suriya, Liviya, Boliviya, İraq’ Türkiyə, Mavritaniya, Myanma, Anqola, Banqladeş, Mozambik, Çili, Fransa, Efiopiya, Argentina, Burkina Faso və s.-də etirazlar, qarşıdurmaların əsas səbəbi su olan hücumlar baş verib.
Mümkün su müharibələrinin tərəfləri haqqında çoxlu proqnozlar var. Dünyada su ehtiyatlarının məhdud olması səbəbindən gələcəkdə müxtəlif ölkələrin bir-biri ilə döyüşməsi gözlənilir.
Nəsimi Ələsgərli
www.yenicag.az