Çuğundur yoxsa kimyəvi boya? – "Bazarda satılan turşular botulizm mənbəyidir"

media-hightechnic-468x90

Bazarlarda və küçələrdə açıq şəkildə satılan turşular ciddi sağlamlıq riskləri yaradır. Bu məhsulların üzərində nə tərkib, nə istehsalçı, nə də saxlanma şəraiti ilə bağlı hər hansı məlumatın olmaması istehlakçılar üçün təhlükə mənbəyinə çevrilir.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında qida eksperti İlkin Şirinov bildirib ki, açıq satılan turşuların əksəriyyəti antisanitar şəraitdə satışa çıxarılır və bu, zəhərlənmə, hətta botulizm kimi ağır fəsadlara yol aça bilər:

media-ilkin-sirinov

“Rəngləndiricilər, dadlandırıcılar və müxtəlif qida əlavələri varsa, bunların hamısı məhsulun üzərində qeyd olunmalıdır. Amma bu gün bazarlarda açıq satılan turşuların üzərində nə markalanma var, nə də düzgün saxlanma şəraiti. Antisanitar vəziyyətdə satılan bu məhsullardan hər an zəhərlənmə riski mövcuddur”.

Ekspert qeyd edib ki, problem təkcə sanitariya ilə məhdudlaşmır. Onun sözlərinə görə, bu cür turşularda istifadə edilən rəngləndiricilərin tərkibi və miqdarı da məlum deyil:

“Normalda kələm və digər tərəvəz turşularında rəng vermək üçün çuğundurdan istifadə olunur və bu, təhlükə yaratmır. Amma bazarlarda satılan bəzi turşularda müxtəlif E kateqoriyalı süni rəng maddələri istifadə olunur. Bu maddələrin insan sağlamlığına zərər vurması halında isə cavabdeh tapmaq mümkün olmur”.

İlkin Şirinov vurğulayıb ki, açıq satılan turşularla bağlı məsuliyyətin kiminsə üzərinə düşməsi mümkün deyil:

“Bu gün gördüyümüz satıcını sabah eyni yerdə tapa bilmərik. Satıcı malını satıb gedir və ortada heç bir məsuliyyət qalmır”.Əgər turşudan plastik və ya süni qoxu gəlirsə, yaxud rəngi əlinizdə iz buraxırsa, bu artıq təbii çuğundur deyil, süni rəngdir və həmin məhsuldan istifadə olunmamalıdır”.

Sonda ekspert tövsiyə edib ki, vətəndaşlar yalnız markalanmış, qida nəzarətindən keçmiş və sertifikatları olan məhsullara üstünlük versinlər:

“Belə məhsullarda problem yarandıqda məsuliyyəti üzərinə götürəcək şirkət və ya market olur. Açıq satılan turşularda isə heç kim cavabdehlik daşımır”.

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa