"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi bu komanda oldu - YENİLƏNDİ

media-hightechnic-468x90

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi bəlli olub.

Azərbaycan çempionu 1/8 finala gedən yolda İngiltərənin “Nyukasl” klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları fevralın 17-18-də, cavab matçları isə 24-25-də təşkil olunacaq. “Qarabağ” bu raundda ilk görüşü Bakıda keçirəcək.

***
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibinin adına aydınlıq gələcək.

Yenicag.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilir. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayıb.

Liqa mərhələsini 22 pillədə başa vuran Azərbaycan təmsilçisi “səpələnməmişlər” səbətində yer alır. Pley-off mərhələsinin qaydalarına əsasən, 21 və 22-ci yerləri tutan “Monako” və Qarabağ” “səpələnmişlər” səbətinə düşən 11-12-ci yerlərin sahiblərindən biri ilə qarşılaşacaq. “Qarabağ”ın potensial rəqibləri turnirin son qalibi PSJ və “Nyukasl”dır. Yəni, Qurban Qurbanovun komandası pley-offda ya Fransa təmsilçisi ilə, ya da İngiltərə klubu ilə üz-üzə gələcək.

Onu da qeyd edək ki, “Qarabağ” – PSJ/”Nyukasl” cütünün qalibi 1/8 finalda Liqa mərhələsini 5-ci pillədə başa vuran “Barselona” və ya 6-cı yerin sahibi “Çelsi” ilə qarşılaşacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa