İlahiyyatçıdan “Qurtuluş”la bağlı AÇIQLAMA  - “Bu iftiranı mənə ..."

media-hightechnic-468x90

“Qurtuluş” Reabilitasiya Mərkəzinin əsl sahibinin ilahiyyatçı olduğu iddia edilir. “Yeni Sabah” yazır ki, MMC kimi qeydiyyatdan keçən qurumun sahibi ilahiyyatçı Yaşar Qurbanovdur.

Musavat.com-un əməkdaşı məsələni dəqiqləşdirmək üçün ilahiyyatçı ilə əlaqə saxlayıb.

O, saytımıza yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib:

“Qurtuluş” Reabilitasiya Mərkəzini hər kəs ziyarət edib. Onlar arasında millət vəkili Fazil Mustafa, idmançılar və digər şəxslər olublar. Mən oraya qonaq kimi gedib, çıxış etmişəm deyə, mərkəz mənim olur? Buna əsasən məlumat yaymaq insafsızlıqdır. Bu iftiranı mənə atanın Allah bəlasını versin. Deyilənlərin hər biri yalandır. Məni belə böhtanla gözdən salmaq istəyirlər. Həmin mərkəzlə heç bir əlaqəm yoxdur. Məni dəvət edirlər və müxtəlif mövzularda çıxış edirəm. Bu da həmin görüşlərdən biri olub”.

Xatırladaq ki, “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov Məzahir oğlu və mərkəzin əməkdaşları Elşad Məhərrəmov Məhərrəm oğlu və Natiq Əliyev Eldəniz oğlu saxlanılıb.

“Qurtuluş” MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılıb.

Araşdırma nəticəsində toplanmış ilkin dəlillər əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrumetmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa