!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Su polisindən əməliyyat - Balıq və quş ovlayanlar yaxalandı - VİDEO

!Reklam – Yazi

Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu tədbir zamanı kustar üsulla, yəni gərginlik artıran cihazla qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.

İdarədən Yenicag.az-a verilən məlumata görə, ekoloji cinayətlərə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilən əməliyyat nəticəsində Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Polis bölməsinin əməkdaşları tərəfindən Şəmkir rayonu Kür çayı əraisində gərginlik artıran cihazdan istifadə edərək qanunsuz balıq ovu ilə məşğul olan Nəbiyev Eldəniz Bəhram oğlu hadisə yerində yaxalanıb. Yoxlama zamanı ondan gərginlik artıran cihaz və bir ədəd rezin qayıq götürülərək su polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb.

E.Nəbiyev tutduğu əməldən peşiman olduğunu bildirib. Onunla aparılan profilaktiki söhbətlər zamanı balıq ovu ilə məşğul olmağın qanuni yolları izah edilib.

Su Nəqliyyatında Polis İdarəsinin apardığı növbəti əməliyyat zamanı Lənkəran ərazisində qırmızı kitaba düşmüş ördək quşlarının ovlanması ilə məşğul olan Masallı rayonunun Öncəqala kənd sakini Şirəliyev Nizami adlı şəxs saxlanılıb. Sənədi olmadan qanunsuz şəkildə ovçuluqla məşğul olan N.Şirəliyev Lənkəran Su Polis Şöbəsinin əməkdaşlarının xidməti ərazilərində olan Qızılağac Dövlət Qoruq ərazisində ələ keçib.

Saxlanılan şəxs qırmızı kitaba düşmüş quşları qanunsuz silahla ovladığını etiraf edərək bir daha bunu təkrarlamayacağını bildirib.

İdarənin məlumatında o da qeyd edilib ki, Su Polisi tərəfindən ölkə ərazisində ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan orqanizminə ciddi zərər vuran, yararsız qida məhsullarının satışının qarşısının alınması istiqamətində növbəti əməliyyatlar davam etdirilir. Reydlər əsasən antisanitar qaydada balıqların hisə verildiyi məkanları aşkar etmək, eləcə də balıqların elektrik naqili ilə kütləvi məhv edilməsinin qarşısnın alınması, qanunsuz körpülərin salınması, eləcə də qanunsuz şəkildə saxta qara kürülərin satışının təşkili, göllərdə süni şəkildə dərmanlarla qidalandırılaraq böyüdülən balıqların bazarlarda satışının, restoran və kafelərdə istifadəsinin qarşısının alınması üzrə gücləndirilmiş rejimdə reydlər aparılır.

Bu reydlərə eləcə də balıqların süni və antisanitar şəraitdə saxlanılması üçün yaradılan qanunsuz göllər və vətəgələr, su hövzələri də daxildir.

Su Nəqliyyatında Polis İdarəsi bununla yanaşı, dəniz kənarında yerləşən restoranlardan dənizə çirkli suların axıdılması, dəniz qumunun və balıqqulaqlarının oğurlanması faktları ilə də mübarizə aparır.

İdarədən verilən məlumatda o da qeyd olunur ki, qanunsuz ov alətlərindən istifadə ilə bağlı, eləcə də sadalanan digər qanun pozuntuları ilə bağlı müvafiq inzibati tədbirlər görüləcək. Qanunu pozanlara qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cəza və cərimələr tətbiq ediləcək. Su Nəqliyyatında Polis İdarəsi əhalini qanunlara riayət etməyə səsləyir.

Qeyd edək ki, reydlər davamlı olaraq həyata keçiriləcək.

Onu da qeyd edək ki, Qızılağac Dövlət Qoruğu, Abşeron Dövlət Qoruğu, Ağgöl Dövlət Qoruğu və Sarısu Ovçuluq Təsərrüfatı, eləcə də Şərbətgöl, Mahmutçala, Qırmızıçala, Yaşma, Giləzi, Varvara Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisində yerləşən dövlət qoruqları və ovçuluq təsərrüfatlarıdır. Sadalanan ərazilərdə il ərzində vaxtaşırı proflaktik tədbirlər keçirilir və ovçulardan ov qaydalarına riayət olunması barədə söhbətlər aparılır.

 

www.yenicag.az

729
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv