Süleyman Soylu siyasətdən gedir

media-hightechnic-468x90

Türkiyənin keçmiş daxili işlər naziri, hakim Ədalət və İnki.af Partiyasının (AKP) deputatı Süleyman Soylu aktiv siyasətdən gedəcəyini açıqlayıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, sylu bu barədə Anadolu Yayımçılar Dərnəyi tərəfindən təşkil olunan müsahibədə söyləyib.

Soylu bildirib ki, deputat kimi faydalı olmadığı qənaətindədir:

“Artıq 3 çağırışdır deputatam. Məclisdəki fəaliyyətimlə faydalı olmadığımı düşünürəm. Buna görə də siyasətdən gedirəm”, – deyə Soylu qeyd edib.

Xatırladaq ki, Süleyman Soylu 2008-2009-cu illərdə Demokrat Partiyasının sədri olub. Sədrliyi dönəmində indiki hakimiyyəti sərt şəkildə tənqid edən Soylu 2012-ci ildə AKP-yə qatılıb. O, 2015-2016-cı illərdə əmək və sosial təhlükəsizlik naziri, 2016-2023-cü illərdə isə daxili işlər nazirliyi vəzifələrini icra edib. Soylu son vəzifəsində 2468 gün qalaraq Türkiyə tarixində bu postu ən uzun müddət tutan ikinci şəxs olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05