"Sülh müqaviləsi olmadan da dinc yaşamaq mümkündür" - Politoloqdan Paşinyanın bəyanatına ŞƏRH

media-hightechnic-468x90

 

media-banner_tuq

“Sülh müqaviləsi olmadan da dinc şəkildə yaşamağımız mümkündür, amma sülh müqaviləsi vacibdir.”

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Xəqani Cəfərli bildirib.

Ermənistanın yenidən seçilmiş baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında “Biz hakimiyyətdə olduğumuz müddətdə müharibə olmayacaq, sülh olacaq” açıqlaması verib. Politoloq X.Cəfərli sözügedən açıqlamaya münasibət bildirib:

“Ermənistan Baş naziri Nikol Paşinyanın “Ermənistan hökuməti sülh gündəliyini ardıcıl şəkildə həyata keçirdiyi müddətcə müharibə olmayacaq” açıqlaması iki məqamdan xəbər verir. Birincisi, Nikol Paşinyan Azərbaycanın müharibə istəmədiyini, müharibəyə can atmadığını bəyan edir. İkincisi də, başçılıq etdiyi hökumətin sülh üçün çalışacağını bildirir.

Bütövlükdə isə bu, çox diqqət çəkən və bütün dünyanın öz payını götürməli olduğu bəyanatdır. Bununla Paşinyan çox geniş bir coğrafiyada Azərbaycanla Ermənistan arasında sülh olmasına qarşı olan müxtəlif dövlət və qüvvələrə mesaj verir ki, Ermənistanın hazırkı hökuməti sülh üçün çalışacaq. Digər məsələləri qabardanlar isə bu prosesə zərər verəcək.

Paşinyanın Konstitusiyaya dəyişiklikləri necə edə biləcəyi hələ aydın deyil. Ancaq qənaətimcə, diplomatlar uyğun formullar tapa bilərlər. Digər tərəfdən, sülh müqaviləsi olmadan da dinc şəraitdə yaşamaq mümkündür. Yaponiya ilə Sovet İttifaqı, daha sonra isə Yaponiya ilə Rusiya arasında sülh müqaviləsi imzalanmayıb, ancaq dinc yanaşı yaşayırlar, əməkdaşlıq edirlər.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05