Sülhdən dəm vurub silaha sarılan İRƏVAN: “Müharibəni prioritet variant kimi görürlər”

media-hightechnic-468x90

“İrəvan Konstitusiya dəyişikliyi və sülh əldə olunması ilə bağlı bəyanatlar səsləndirsə də, reallıqda bunu təmin etməyib”.

Bunu Yenicag.az-a açıqlamsında hərbi ekspert Ədalət Verdiyev deyib.

media-edalet-verdiyev

O, erməni təxribatlarının sülh perspektivinə təsirindən danışarkən bildirib ki, bu ölkə müstəqil siyasət yürüdə bilmədiyinə görə səsləndirdiyi fikirlərə də tam etibar etmək olmaz:

“Vətən müharibəsinin üzərindən 4 il keçməsinə baxmayaraq Ermənistan delimitasiya və demarkasiya prosesinin yalnız 1%-nin həyata keçirilməsinə imkan yaradıb. İrəvan Konstitusiya dəyişikliyi və sülh əldə olunması ilə bağlı bəyanatlar səsləndirsə də, reallıqda bunu təmin etməyib. Sülhdən danışan ölkənin ağır silahlar alması və Azərbaycan sərhədlərinə yaxın ərazidə yerləşdirməsi, İranla birgə hərbi təlimlər keçirməsi müharibəni prioritet variant kimi gördüyündən xəbər verir”.

“Nəzərə almalıdırlar ki, müharibə etmək potensialları hələ də bərpa olunmayıb. Azərbaycan bunun qarşısının alınması üçün beynəlxalq təcrübədən istifadə etməlidir. İlk növbədə, Ermənistanın əldə etdiyi hücum silahları istehsalçıya qaytarılmalı, silahlı qüvvələrinin şəxsi heyət, vasitə və avadanlıq sayı məhdudlaşdırılmalıdır. Yalnız bundan sonra sülh sazişi üzrə real addımların atılması mümkün olacaq”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600