Sülhə tələsən Rusiya: "28 bəndlik planın ortaya çıxmasından əvvəl..."

media-hightechnic-468x90

“Rusiya hərbi-siyasi rəhbərliyinin xalqa elan etdiyi heç bir strateji hədəfə nail olunmayıb”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsinin ABŞ-nin “sülh planı” üzrə sonlandırılması ehtimalı barədə fikirlərini bölüşən politoloq Kamran Cəfərov deyib. media-kamranPolitoloq bildirib ki, sözügedən planın dövriyyəyə buraxılmasının əsas və yeganə təşəbbüskarı Rusiya olub:

“İlk növbədə, qeyd etməliyik ki, bu “sülh planı”nın ortaya çıxması gözlənilməz idi: sülh təşəbbüsün hazırlanması siyasi-diplomatik prosesdir və bu prosesi diplomatik prosedurlar müşahidə edir, 28 bəndlik planın ortaya çıxmasından qabaq hər hansı diplomatik proses mövcud deyildi.

Bu planın dövriyyəyə buraxılmasının əsas və yeganə təşəbbüskarı Rusiya idi. Plan barədə mətbuata məlumat 19 noyabr tarixində sızdırılıb. Ümumiyyətlə, fikir vermisinizsə, Ukrayna danışıqlara o qədər də meyilli deyil, baxmayaraq ki, müharibədə Ukrayna da ağır itkilərə məruz qalıb, ruslar isə hərtrəfli, o cümlədən Amerikadakı dostları vasitəsilə fərqli “sülh planları”nı Ukraynaya qəbul etdirmək istəyir”.

K. Cəfərov Rusiyanın “sülh planı”na münasibətinin sanksiyalardan qaynaqlandığını qeyd edib:

“22 oktyabr 2025-ci ildə Tramp “Rosneft” və “Lukoyl”a qarşı dağıdıcı sanksiyalar tətbiq etdi, amma sanksiyalar qanuni qüvvəyə imza atılan günü yox, 21 noyabr tarixində minirdi. Sanksiyalar cəmi 5 gündür ki, qüvvəyə minib, indi isə Rusiyanın Asiyaya neft-kimya xammalının ixracı 57-80% enib. Hindistana ixrac 57%, Çinə ixrac 73.3%, Tayvana isə 79.6% enib.

Bundan əlavə, Hindistan və Tayvan ümumiyyətlə, Rusiyadan neft-kimya xammalının idxalını sıfır faizə endirməyə hazırlaşırlar. Noyabrda fundamental çöküş müşahidə olunur”.

Politoloqun sözlərinə görə, Rusiya üçün Donestk vilayətinin tam işğalı həyati vacib siyasi-ideoloji məsələdir:

“24 fevral 2022-ci ildən bəri Rusiya hərbi-siyasi rəhbərliyinin xalqa elan etdiyi heç bir strateji hədəfə nail olunmayıb. Son bir il ərzində Rusiya Donetsk vilayətinin 2.9 min kvadrat kilometr ərazisini işğal edib. Ukraynanın nəzarəti altında hələ də 6 min kvadrat kilometr Donetsk ərazisi qalır, o cümlədən 4 böyük şəhər: Kostyantinivka, Drujkivka, Kramatorsk və Slovyansk. Bu ərazilər uğrunda döyüşlər daha 1-3 il davam edə bilər.

Rusiya iqtisadiyyatının üstünə qalxan sunami fonunda onlar 1, 2 ya da 3 il dözə biləcəklərmi?

İndi görürsünüzmü, niyə məhz 19 noyabrda, sanksiyaların qüvvəyə minməsinə 2 gün qalmış ruslar tez-tələsik təşviş içində “sülh planı” ortaya çıxardırlar?”

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa